Putin və Əliyev Kremldə danışıqlara başladı
Kremldə Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşü keçirilir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, Kremlin mətbuat xidmətinin əvvəllər verdiyi məlumata görə, dövlət başçıları Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafının əsas məsələlərini nəzərdən keçirəcək və aktual regional problemlər ətrafında hərtərəfli fikir mübadiləsi aparacaqlar.
Putinlə Əliyev arasında əvvəlki təkbətək görüş ötən ilin oktyabrında MDB-nin Bişkek sammiti çərçivəsində baş tutub. Hazırkı danışıqlar Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının başa çatması fonunda baş tutacaq. Aprelin 17-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlılarının bu bölgədən çıxarılmasına başlandığını təsdiqləyib.
Rusiya sülhməramlıları 2020-ci ilin noyabrından Qarabağdadır. 2023-cü ilin sentyabrında Qarabağda vəziyyətin növbəti gərginləşməsindən sonra bölgə tamamilə Bakının nəzarətinə qaytarıldı və tanınmamış "Dağlıq Qarabağ Respublikasının prezidenti" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən onun mövcudluğuna son qoyan fərman imzaladı.
Turan İSMAYIL