Tiflis Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanmasını alqışladı

 19:40 22.04.2024     265

Gürcüstan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanmasını alqışlayır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Gürcüstan Azərbaycan-Ermənistan Sərhəd Delimitasiyası Komissiyasının sərhədlərin delimitasiyası prosesinin başlanmasına dair əldə etdiyi razılaşmanı alqışlayır və Gürcüstan regionda davamlı sülhün təmin edilməsində maraqlıdır və iki qonşu arasında sülh və etimadın qurulması prosesinə töhfə vermək üçün möhkəm öhdəliyini təsdiqləyir”, - nazirliyin "X" (keçmiş tviter) səhifəsində dərc olunan açıqlamada bildirilir.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Turan İSMAYIL