"Aİ-nin Ermənistandakı missiyasının əsas hədəfi casusluqdur" - Rusiya XİN

 14:59 25.04.2024     191

Rusiya Azərbaycan və Ermənistan sərhədində Avropa İttifaqının (Aİ) missiyasının əsl hədəflərinə heç vaxt şübhə etməyib.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, bu missiya regionda casusluq fəaliyyətini həyata keçirmək üçün nəzərdə tutulub.

"Aİ missiyasının fəaliyyətinə gəlincə, biz onun əsl mahiyyətinə heç vaxt şübhə etməmişik. Bu, casusluq fəaliyyətini həyata keçirmək vəzifəsidir. Bu barədə bir neçə dəfə danışmışıq”, - deyə Zaxarova bildirib.