İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi
![](https://img.redaktor.az/news/2024/04/photo_239029.jpg?v=MDQ6MDkyMDI0LTA0LTI1IDE2OjEzOjE0)
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov “X” sosial şəbəkəsində yazıb.