İlham Əliyev Almaniyada işgüzar səfərdədir
![](https://img.redaktor.az/news/2024/04/photo_239072.jpg?v=MDQ6MjYyMDI0LTA0LTI1IDIyOjI4OjAy)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gəlib.
Redaktor.az xəbər verir ki, Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.