"Azərbaycan və Ermənistan arasında təmasların davam etməsinin tərəfdarıyıq"
Rusiya bütün mübahisəli məsələlərin həlli və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan və Ermənistan arasında təmasların davam etməsinin tərəfdarıdır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz Bakı ilə İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”, - o qeyd edib.
Peskovun sözlərinə görə, bu, ümumi gərginlik və sülh müqaviləsinin imzalanmasına tezliklə nail olmaq üçün gündəmdəki bütün mübahisəli məsələlərin yekun həlli üçün zəruridir.