Muxtar Babayev G7-nin İqlim, Enerji və Ətraf Mühit Nazirlər Toplantısında iştirak edir

 15:50 28.04.2024     212

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev G7-nin İtaliyanın Turin şəhərində keçirilən İqlim, Enerji və Ətraf Mühit Nazirlər Toplantısında iştirak edir.

Redaktor.az xəbər verir ki, bu barədə COP29 məlumat yayıb.

“COP29 Turində G7-nin İqlim, Enerji və Ətraf Mühit üzrə Nazirlər Toplantısında iştirak edir”, – məlumatda bildirilib.

COP29-un yaydığı şəkillərə əsasən, Muxtar Babayev tədbirdə çıxış edib, italiyalı həmkarı Cilberto Piketto-Fratinlə görüşüb.