İsDB-nin illik toplantısı çərçivəsində "COP29-a doğru" dəyirmi masada müzakirələr aparıldı

 21:16 28.04.2024     191

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının (İsDB) illik toplantısı çərçivəsində keçirilən "COP29-a doğru" dəyirmi masada müzakirələr aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov “X”dəki səhifəsində yazıb.

“İslam İnkişaf Bankının illik toplantısı çərçivəsində keçirilən "COP29-a doğru" dəyirmi masada iqlim dəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələr apardıq:

- Yaşıl artım və Azərbaycanın dayanıqlı enerji potensialının reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər;

- Qlobal iqlim öhdəliklərini reallığa çevirmək üçün birgə fəaliyyətin təşviqi;

- Bərpa olunan enerji layihələri üçün mərkəzləşmiş maliyyələşmə mexanizmlərinin yaradılması”, - nazir qeyd edib.