Sarkisyan keşişlərlə əlbir olub Paşinyanı devirmək üçün hərəkətə keçdi - VİDEO

 12:39 29.04.2024     215

AzTV-nin rəhbəri Rövşən Məmmədovun müəllifi və aparıcısı olduğu “Həftə” analitik-informasiya proqramında delimitasiyanın rəsmən başlaması eyni zamanda xuntaçılar və Qriqorian kilsəsinin delimitasiyanı baykot etməsi mövzusuna toxunulub.

“Delimitasiya və sülh razılaşması 2 ayrı məsələ olduğundan onları birləşdirmək və bir-birindən asılı vəziyyətə salmaq sülh prosesi ətrafında möhtəkirliyin artmasına gətirib çıxara bilər. Hazırda ermənilər buna ciddi cəhdlər edir. Belə ki, Serjik Sarkisyan başda olmaqla radikal müxalifət delimitasiyanın sülhə deyil, yeni qarşıdurmalara səbəb olacağına dair bəyanatlar verir, Nikol Paşinyanı referendum olmadan kəndlərin Azərbaycana verilməsini dayandırmağa, əhalini isə itaətsizliyə və baş naziri devirməyə çağırır”,  – deyə o bildirib.

Bu məsələlərə isə Britaniya mətbuatına müsahibəsində Paşinyan öz fikrini belə ifadə edib: “Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur. Delimitasiya prosesində qəbul edilən qərarlarla bağlı səmimiyyətimizi göstərmişik. Biz qeyd etdik ki, Ermənistan hökuməti öz səlahiyyətləri çərçivəsində insanların Azərbaycan kəndlərində - konkret olaraq indi yaşamadıqları dörd kənddə yaşamaları üçün addımlar atmağa hazırdır”.

“Paşinyanın sonrakı fikri də hazırda müşahidə olunan konstruktivliyi ifadə edir. Baş nazir deyir ki, Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə hərbi yolla qayıtmaq fikri yoxdur və bunun üçün müharibə etməyi planlaşdırmır”, - deyə Rövşən Məmmədov mövzunu şərh edib.

Ətraflı videoda: