İsa Qəmbər yenidən başqanlığa namizəd oldu

 15:46 29.04.2024     225

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Müsavat Partiyasının başqanlığına yenidən namizədliyini irəli sürüb.

Redaktor.az xəbər verir ki, İsa Qəmbər bu dəqiqələrdə qurultayla bağlı Təşkilat Komitəsinə ərizə təqdim edib.

Məlumatı Partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı təsdiqləyib.

Qeyd edək ki, Müsavat Partiyasının sədrlik uğrunda mübarizəsinə daha iki nəfər - Divan üzvü Osman Kazımov və partiya üzvü Natiq Ulubey namizədliyini irəli sürüb.