"İsa Qəmbər cavan vaxtlarında başqan olanda nə etdi ki, qoca olanda nə edə?" - Hafiz Hacıyev

 13:33 30.04.2024     333

Xəbər verdiyimiz kimi, İsa Qəmbər Müsavat Partiyasının mayın 4-də keçiriləcək qurultayında başqanlığa namizədlərdən biri olacaq. O, bu qərarını qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin aprelin 29-da keçirilən iclasında açıqlayıb. 

Qeyd edək ki, İsa Qəmbər bundan öncə 22 il Müsavat Partiyasının başqanı olub.

İsa Qəmbərin başqanlığa namizədliyi haqqqında Redaktor.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev dedi ki, keçmiş Müsavat başqanı görünür yaşlanıb və ağlını itirib:

"Cavan vaxtlarında başqan olanda nə etdi ki, qoca olanda nə edə? Biz partiya sədrlərinə də müraciət edirlər ki, gəlin, birlikdə mübarizəmizi davam etdirək. Belə sərsəm fikirlər irəli sürür. Bizə də minnətçi salıblar. Bunun perspektivi yoxdur, ona görə ki, həmişə satqın olublar. Azərbaycan milli hökumətinin devrilməsində bir nömrəli xidməti olan adamdır. Orada cavanlar var idi, yaxşı olardı ki, daha layiqli kadrlar namizdəliyini irəli sürərdi. Görünür Müsavatda elə bir adam da qalmayıb. Əksəriyyəti bizdədir, Müasir Müsavat Partiyasındadır. Məhəmməd Əmin Rəsulzadə ideyalarını həyata keçiririk, Azərbaycan dövlətinin bu günə qədər inkişaf etməsində bizim böyük xidmətlərimiz olub, dörd dəfə prezidentliyə namizəd olmuşam. Hər dəfə də şər qüvvələrdən dövlətimizi qorumuşam. Görünür, Amerikanın, Avropa dövlətlərinin bizə qarşı hədə-qorxuları var, sanksiyalar var, bunlardan ruhlanıblar, özləri də deyirlər ki, görürsən, artıq bizim zamanımız gəlibdir. Onların zamanını qara edəcəm yenə. Ona görə də düşünürəm ki, getsin satqınlığını davam etdirsin. Hakimiyyətdən 100 min pul alıb, Alamaniyada kim müalicə aldı? Ona görə də, millətin başını qatmasın. Mən düşünürəm ki, bunun heç bir perspektiv yoxdur".

Humay İSGƏNDƏRLİ