"Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır"

 18:31 30.04.2024     181

Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, regional nəqliyyat əlaqələrinin bərpası ölkələrin iqtisadi tərəqqisinə xidmət edəcək.

“Biz regional kommunikasiyaların açılmasında maraqlıyıq. Buna görə də “Sülh kəsişməsi” adlı təşəbbüs irəli sürmüşük. Bu layihə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirəcək. Layihənin reallaşması körfəz ölkələri ilə Qara dəniz iqtisadi regionu arasında səmərəli əlaqələrin yaranmasına xidmət edəcək”, - erməni nazir əlavə edib.