Türkiyə Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası ilə bağlı addımlarını alqışlayır

 19:38 30.04.2024     280

"Türkiyə Bakı ilə İrəvan arasında münasibətlərdə müsbət irəliləyişləri alqışlayır".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı razılığın əldə olunmasını şərh edərkən bildirib.

“Biz Azərbaycanla bağlı məsələləri yaxından izləyirik, aprelin 19-da Azərbaycan və Ermənistanın sərhəd məsələləri ilə məşğul olan nümayəndə heyətləri yenidən görüşüb. B bu mesajı dəyərli və müsbət hesab edirik”, - deyə Çelik Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən partiyanın İcraiyyə Komitəsinin iclasından sonra bildirib.

Bundan əvvəl Azərbaycan-Ermənistan demarkasiya komissiyasının əldə etdiyi razılaşmalar Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən müsbət qarşılanıb. O, bunları Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addım adlandırıb.

Yusif EYVAZLI