Baş katib ərəb regionu ilə Azərbaycan arasında iqtisadi və tarixi inteqrasiyanı alqışladı

 23:36 30.04.2024     175

Orta Asiya və Azərbaycan ümumi coğrafi, sivilizasiya və mədəni məkan təşkil edir.

Redaktor.az "Qatar News Agency"-yə istinadən xəbər verir ki, bunu Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul-Qeyt deyib.

Onun sözlərinə görə, Ərəb Liqası yarandığı gündən ərəb inteqrasiyasını təşviq etmək və müxtəlif regional bloklarla əməkdaşlığı gücləndirmək öhdəliyinə sadiqdir.

O, coğrafi yaxınlığı və ümumi tarixi irsi nəzərə alaraq Mərkəzi Asiya və Azərbaycanla səmərəli ərəb əməkdaşlığının qurulmasının təbii proses olduğunu bildirib.

“Bu məqsədə nail olmaq üçün Liqa 2005-ci ildə Azərbaycan, 2007-ci ildə Qazaxıstan və Özbəkistan və 2014-cü ildə Tacikistanla Anlaşma Memorandumları imzalayıb, tərəflər arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı dərinləşdirməyə çalışır”, - Əhməd Əbul-Qeyt vurğulayıb.