Delimitasiya əleyhinə çıxan 30-dan çox erməni saxlanıldı - Aralarında azyaşlılar da var - YENİLƏNİB

Ermənistan polisi delimitasiya və demarkasiya prosesinin qarşısını almaq üçün Azərbaycanla sərhəddə minalanmış ərazini bağlayan 30-dan çox şəxsi Kirants kəndi yaxınlığında saxlayıb.
Redaktor.az xəbər verir ki bu barədə "TASS"a Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“31 vətəndaş polisin qanuni tələbinə tabe olmadıqları üçün saxlanılıb”, - deyə idarənin mətbuat xidmətindən bildirilib.
Erməni müxalifət fraksiyasından olan deputat Qarnik Danielyanın Facebook sosial şəbəkəsində yazıb ki, polis saxlanılanlara qarşı güc tətbiq edib, tutulanlar arasında azyaşlılar da var.
"Etiraz indi də davam edir. Digər bir fəal qrup Ermənistandan Gürcüstana gedən dövlətlərarası yolun Kirants kəndi yaxınlığındakı hissəsini bağlayır", - deyə deputat bildirib.
Humay İSGƏNDƏRLİ