BMT Baş katibi COP29-da iştirak etmək niyyətindədir
BMT Baş katibi Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirak etmək niyyətindədir.
Redaktor.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin qəbulunda BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart deyib.
Azərbaycan Prezidenti BMT Baş katibini COP29-da görməkdən məmnun olacağını deyib.
Dövlət başçısı vurğuladı ki, COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir. Azərbaycan beynəlxalq ictimaiyyətlə və təsisatlarla COP29-un substantiv məsələləri üzrə danışıqlar və məsləhətləşmələr aparır.