Yaxın vaxtlarda yeni parlament seçkiləri keçiriləcək - Məzahir Pənahov AÇIQLADI

 16:17 02.05.2024     290

Qanunvericiliyə əsasən, bu il noyabrında parlament seçkiləri olmalıdır.

Redaktor.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Qurum sədri bildirib ki, seçkilərin müddəti önə də çəkilə bilər:

“Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.