Ayxan Hacızadə Britaniya səfirinin cavabını verdi

 16:38 03.05.2024     216

Azərbaycanda media Böyük Britaniyadakı kimi azad, demokratik, sabit və firavandır.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auldun paylaşımına cavab olaraq "X"də yazıb.

O bildirib ki, Ferqus Auldun iddialarında ədalətlilik və qərəzsizlik çatışmır:

"Səfir, Azərbaycanda media azadlığının hərtərəfli nəzərdən keçirilməsini nəzərdən qaçıran dar perspektivə köklənən iddianızda ədalətlilik və qərəzsizlik yoxdur".

Xatırladaq ki, Ferqus Auld "X"dəki paylaşımında Azərbaycanda mediaya məhdudiyyət qoyulduğunu iddia edib.