“Bu o demək deyil ki, müxalifət olduğumuzdan yaxşı işləri görməməliyik” - İsa Qəmbər

 13:43 04.05.2024     261

“Bizim üçün ən şərəfli hadisə Qarabağ müharibəsi və birgünlük antiterror hadisəsi oldu”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının XI qurultayında partiyanın başqanlığına namizəd İsa Qəmbər deyib.

“Biz vətənpərvərik. Torpaqlarımızın işğaldan azad olunmasına görə sevinirik, qürur duyuruq. Biz hakimiyyəti tənqid etmişik, edəcəyik. Lakin bu o demək deyil ki, biz müxalifətik deyə yaxşı işləri görməməliyik, vaxtında atılan addımları dəyərləndirməməliyik”, - deyə siyasətçi qeyd edib (qafqazinfo).