Azərbaycan və Ermənistan XİN başçılarının görüşəcəyi tarix məlum oldu

 11:08 06.05.2024     336

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan mayın 10-u görüşəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, nazirlərin görüşü Qazaxıstanın Alma-Ata şəhərində baş tutacaq.

Tərəflər ölkələr arasında sülh sazişi ilə bağlı danışıqlar aparacaq.

Humay İSGƏNDƏRLİ