"Sülh sazişinin bağlanması prosesi tezliklə başa çatmalıdır" - Simonyan

 12:44 06.05.2024     152

Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması prosesi tezliklə başa çatmalıdır.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan mayın 6-da jurnalistlərə Azərbaycan və Ermənistan XİN başçılarının Qazaxıstanın Almatı şəhərində keçiriləcək görüşünə toxunaraq bildirib.

O qeyd edib ki, bu saziş 2023-cü ilin sonunda da imzalana bilərdi.

Xatırladaq ki, mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək.