Muxtar Babayev Overçukla COP29-a hazırlıq prosesini müzakirə etdi

 23:59 06.05.2024     240

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Moskvada Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu Tərəflər Konfransına hazırlığı müzakirə edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat yer alıb.

Bildirilib ki, təmaslar zamanı iki ölkə arasında ekoloji əməkdaşlığın cari məsələləri və Rusiya nümayəndə heyətinin COP29-da işirakına hazırlıq müzakirə edilib.

Məlumata görə, görüşdə Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev və iki ölkənin federal nazirliklərinin nümayəndələri iştirak ediblər.