Moskva Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü ALQIŞLADI
Rusiya Federasiyası Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Qazaxıstanda keçirilməsi planlaşdırılan görüşünü alqışlayır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya diplomatik xidmətinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Qeyd edək ki, mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçiriləcək.
Turan İSMAYIL