"Ermənistanın diqqəti sülh müqaviləsi imzalamağa yönəlib" - Ararat Mirzoyan

 15:44 10.05.2024     211

Ermənistanın diqqəti sülh müqaviləsi imzalamağa yönəlib.

Redaktor.az “Sputnik-Kazakstan”a istinadən xəbər verir ki, bu barədə Almatıda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Biz danışıqlar prosesində çox konstruktiv şəkildə iştirak edirik”, - o vurğulayıb.

Onun sözlərinə görə, tərəflər sülh müqaviləsi imzalamaqla məhdudlaşmamalıdırlar: “Biz daha da irəli gedə və regionda bütün nəqliyyat kommunikasiyalarını aça bilərik”.