Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamaqla kifayətlənməməlidir - Mirzoyan

 16:09 10.05.2024     265

Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamaqla məhdudlaşmamalıdırlar.

Redaktor.az "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bunu Almatıda azərbaycanlı və qazaxıstanlı həmkarları ilə görüşündə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib.

"Biz daha da irəli gedə bilərik - regionda bütün nəqliyyat kommunikasiyalarını blokdan çıxara bilərik", - erməni nazir bildirib.

Onun sözlərinə görə, Ermənistan sülhə nail olmaq, sülh müqaviləsi bağlamaq məqsədi daşıyır.

"Biz danışıqlar prosesində çox konstruktiv iştirak edirik", - o vurğulayıb.

Qeyd edək ki, mayın 10-da Qazaxıstanın xarici işlər naziri Murat Nurtleunun iştirakı ilə Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar aparılır.

Görüşdən sonra onlar mətbuata açıqlama verəcəklər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, danışıqlar iki gün davam edəcək.

T.İSMAYIL