XİN Braziliyaya başsağlığı ünvanladı
Azərbaycan Braziliyaya başsağlığı verib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində paylaşım edib.
"Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik", - paylaşımda deyilir.