Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək

 16:53 12.05.2024     210

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 12-də Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

“Səmərqənd” Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, senator Gulnora Marufova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarova Asiya Qadın Forumunda iştirak edəcək.

Nümayəndə heyətinə deputatlar - Məşhur Məmmədov, Səttar Möhbalıyev, Cavanşir Paşazadə, Nurlan Həsənov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildir.