"Zəngəzur dəhlizi Türkiyə üçün xüsusi önəm kəsb edir" - Türkiyəli nazir

 14:05 14.05.2024     189

"Zəngəzur dəhlizi Türkiyə üçün xüsusi önəm kəsb edir".

Redaktor.az xəbər verir ki, bunu NTV kanalına açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi və İraqla birlikdə inşa ediləcək “İnkişaf Yolu” layihələrinin Türkiyə üçün həm maddi, həm də strateji əhəmiyyəti var.