Sinqapur Azərbaycanın COP29-da uğur qazanması üçün səylər göstərir

 19:12 14.05.2024     185

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Sinqapurun davamlılıq və ətraf mühit naziri Qrey Fu Hay Yen (Grace Fu Hai Yien) ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Sinqapurun İqlim Dəyişikliyi üzrə baş danışıqçısı Cozef Teo (Joseph Teo) "X"də yazıb.

"Sinqapur Azərbaycan Parlamentinin spikeri Sahibə Qafarovanın səfərindən şərəf duyur. Bu səfər çərçivəsində Sinqapurun davamlılıq və ətraf mühit naziri ölkəsinin Azərbaycana dəstəyini və COP29-da uğur qazanması üçün göstərdiyi səyləri bir daha vurğulayıb",- o qeyd edib.