Azərbaycanda işsizlərin sayı açıqlandı - 43 faiz...

 13:29 16.05.2024     344

Azərbaycanda işsiz şəxslərin sayı 209,1 min nəfərdir.

Redaktor.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, 2024-cü il may ayının 1-nə olan göstəricilərə əsasən, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin 43,0 faizini qadınlar təşkil edir.

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 412,0 manat olub.