Aleksandr Lukaşenko Şuşaya traktor bağışladı
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxdılar.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayıb.