Azərbaycanın siyasi sistemi mühüm bir inkişaf dinamikası göstərdi - Hikmət Babaoğlu

 11:44 18.05.2024     426

Azərbaycanın siyasi sitemi  qısa müddət ərzində siyasi həmrəylikdən legitim konstruktiv əməkdaşlığa qədər mühüm bir inkişaf dinamikası göstərməyi bacardı.

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu dedi.

Millət vəkili söylədi ki, ilk dəfə 2020-ci ildə milli maraqlarımız ətrafında vahid mövqe nümayiş etdirməyi bacaran siyasi partiyalar sonrakı mərhələdə siyasi partiyalar haqqında yeni qanunun qəbulu edilməsi  ilə hüquqi və konstruktiv fəaliyyət üçün  tamamilə fərqli reallığa daxil old:

"İlkin mərhələdə qeydiyyat , maliyyə  hesabatlılığı , hüquqi qeydiyyatdan keçmə prosedurlarına təzyiq vasitəsikimi baxanlar qısa müddət sonra bunun belə olmadığını əyani çəkildə hiss etdilər Maraqlıdır ki , siyasi sistemimizin daxili aktorlarından cəmisi bir siyasi partiya  yenilənmə prosesindən kənarda qalmağı seçdi və özünü ictimai rəyin nəzdində sistemin autsayderinə çevirərək, tiktoter statusuna endirdi . Şübhəsiz ki , bu siyasi sistemimizin  tamamilə fərqli keyfiyyətdə ,yenidən təşkilatlanmasına mane ola bilmədi .Nəticədə ötən əarin 90 –cı illərinin ictimai-siyasi reallıqları əsasında formalaşan siyasi sistemimiz yeni reallıqlara uyğunlaşaraq öz inkişaf tarixinin tamamilə yeni bir mərhələsinə qədəm qoydu .Bu hadisə əslində siyasi partiyaların özlərini hansısa xarici abstrak demokratik mərkəzlərin insiharından qurtarmsı və milli demokratiya kimi mühüm bir institutlaşmaya uyğunlaşdırması da hesab edilə bilər .Yəni siyasi sistemimizin aparıcı aktorları  artıq ATƏT, Avropa Şurası , müxtəlif siyasi fondlar vasitəsilə deyil milli dövlətimizin müvafiq institutları ilə birbaşa görüşür və onu narahat edən məsələləri müzakirə edir .Bu partiyaların öz milli dövlətinə və mənsubiyyətini və etimadını göstərir".

O vurğuladı ki, bu gün Azərbaycanın siyasi sistemi milli keyfiyyət qazanmaqla məhz milli demokratiya nümunəsi yaradır:

"Nəzərə almaq lazımdır ki , bütün bunlar Ermənistanda bu ölkənin siyasi sisteminin iflas etdiyi, Gürcüstanda siyasi sistemin dərin bir böhran mərhələsinə qədəm qoyduğu  bir vaxtda baş verir.Bu günlərdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin Azərbyaycanda fəaliiət gpsrərən 25 siyasi partiyanın rəhbərləri ilə görüşməsi , dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunması ilə Azərbaycan dövlətinin demokratik inkişafımızın gələcəyi baxımından mövqeyini bir daha ifadə etməsi siyasi sistemimizin daha da inkişafı üçün yeni perespektivlər yaradır .Bu isə yeni milli çağırışlar baxımından strateji əhəmiyyətə malikdir".