“Azərbaycanda insan alverinin xüsusi forması - siyasi alver var ” - Siyavuş Novruzov

 12:35 21.05.2024     190

“İnsan alverinin mənbəyi yoxsulluq, müharibə və digər faktlardır. Azərbaycanda insan alverinin xüsusi forması var. Bu, siyasi alverdir”​. 

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bildirib.

“Bu və digər cinayət törətmiş şəxslərin adlarını siyahıya salıb siyasi məhbus adı altında pul, gəlir edirlər. Heç bir siyasi fəaliyyətlə məşğul olmayan şəxslərə arayış satılır. Gəlib Fəvvarələr meydanında şəkil çəkdirir, guya buna işgəncə olub, mitinq keçirir. Viza alıb xaricə gedəndən sonra da başlayırlar təhqirə. Hamısı maşın alverçisi, təhsilsiz insanlardır. Bunlara qarşı ciddi mübarizə aparılmalıdır”, - deyə deputat vurğulayıb.