Milli Məclisdə Rəisi və digərlərinin xatirəsi anıldı

 13:34 21.05.2024     168

Milli Məclisdə helikopter qəzasında həlak olan İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Redaktor.az xəbər verir ki, spiker Sahibə Qafarova ağır itki ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına səbir və dözüm diləyib, öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib.