Sülh müqaviləsi bu tarixə qədər imzalana bilər - Politoloqdan PROQNOZ

 17:19 21.05.2024     320

"Zəngəzur dəhlizinin açılması uzun prosesdir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Qabil Hüseynli bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının və Zəngəzur dəhlizinin açılmasının mümkün olub-olmaması barədə danışarkən dedi.

"Türkiyə Zəngəzur dəhlizinin açılmasına çalışır. 3-4 il müddətində dəhlizin açılmasını görəcəyik. Ancaq sülh müqviləsinin imzalanması daha tez baş tuta bilər. Bu il ərzində, noyabrın 10-15-nə qədər  bu proses baş tuta bilər. Sülh müqaviləsindən sonra Zəngəzur dəhlizi, Zəngəzur dəmiryolunun çəkilməsi gündəmə gələcək", - deyə o bildirdi.

Humay İSGƏNDƏRLİ