"Kiyev və Bakının perspektivli layihələri var" - Zelenski

 21:02 21.05.2024     262

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı apardığını, tərəflərin regional təhlükəsizlik və ikitərəfli əməkdaşlığı müzakirə etdiyini bildirib.

Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.

“Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında biz regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdik”, - o, "Telegram" kanalında yazıb.

Zelenski qeyd edib ki, Kiyev və Bakının enerji, ticarət və digər sahələrdə perspektivli layihələri var.

“Biz komandalara onların həyata keçirilməsi üzərində işi gücləndirməyi tapşırdıq”, - o əlavə edib.

Ukrayna prezidenti vurğulayıb ki, tərəflər gələcək birgə tədbirləri razılaşdırıblar. 

Yusif EYVAZLI