"Tərəflər kommunikasiyaların açılması məsələsi ilə bağlı danışıqlar aparır" - Simonyan

 13:47 22.05.2024     197

Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı danışıqlar davam edir.

Redaktor.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vayslerlə keçirdiyi mətbuat konfransında deyib.

“Bu, hazırkı mərhələdə müzakirə olunan mövzulardan biridir. Amma bununla bağlı aramızda razılaşma yoxdur və müzakirələr davam edir”, - o bildirib.

Simonyan qeyd edib ki, tərəflər regionda kommunikasiyaların açılması məsələsi ilə bağlı danışıqlar aparır:

“Biz 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda əksini tapan bütün kommunikasiyaların açılması ideyasına önəm veririk. Ermənistan bu istiqamətdə fəaliyyətini davam etdirir”.

Spiker bu istiqamətdə işlərin uğurla başa çatacağına ümid etdiyini vurğulayıb.