"Paşinyan 2020-ci ildə hərbi əməliyyatların davam etdirilməsində israr edirdi"

 15:25 23.05.2024     151

"Hələ 2020-ci ilin oktyabrında atəşkəs ehtimalı var idi, lakin Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi əməliyyatları davam etdirməyi seçdi".

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə "news.ru"nun Paşinyanın KTMT-yə qarşı ittihamları ilə bağlı sualını cavablandırarkən deyib.

Zaxarova həmçinin xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin sayəsində 2020-ci il noyabrın 9-da üçtərəfli bəyanat imzalanıb.