Xarici diplomatlar Laçında  - FOTO

 11:55 24.05.2024     160

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri və hərbi attaşelərin mayın 24-də Laçına səfəri başlayıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, səfər proqramında iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Səfərin məqsədi “Lachin Climate Action Dialogue”da iştirak etməkdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan özünün tarixi ərazi bütövlüyü təmin edib, konflikt artıq bitib: “Biz burada gələcək haqqında danışacağıq. Laçın Həkəri sahilində yerləşən yaşayış məkanıdır, həm də Ermənistanla sərhəddə yerləşir. Sərhədin digərin tərəfində Ermənistan bayrağını görə bilərsiniz. Qeyd etdiyim kimi konflikt artıq keçmişdə qaldı. Artıq sülh dövrüdür. Bəli, bu çətin prosesdir”.

Azərbaycanın COP29- a ev sahibliyi edəcəyini vurğulayan Hikmət Hacıyev bildirib ki, bütün ərazilərdə olduğu kimi işğaldan azad olunan ərazilərdə də yaşıl enerjiyə üstünlük verilir: “Azərbaycanın bunu tətbiq etməyə böyük imkanları var. COP komandasına qarşıda gözləyən böyük işlərə görə uğurlar arzulayıram”.