Rusiyanın İrəvandakı səfiri Moskvaya çağırıldı

 15:20 24.05.2024     180

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Mayın 24-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb”, - Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən sənəddə deyilir.

Son zamanlar ekspertlər Ermənistan-Rusiya münasibətlərinin ardıcıl pisləşməsini qeyd edirlər. Xüsusilə, Ermənistan KTMT təlimlərində iştirak etmir və bu təşkilatın baş katibinin müavininin kvotasından imtina edib. Bütün bunlar bəzən qarşılıqlı ittihamlarla, diplomatik notlarla müşayiət olunur.

Turan İSMAYIL