Belçika Azərbaycana yeni səfir təyin edildi

 11:53 27.05.2024     180

Jyulen de Frepon Belçikanın Azərbaycandakı yeni səfiri təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, o, hazırda xarici işlər nazirinin Avropa məsələləri və xarici ticarət üzrə müşaviri vəzifəsini tutur.

Qeyd edək ki, Belçikanın Azərbaycandakı hazırkı səfiri Mişel Pitersmans diplomatik missiyasını bu ilin yayında başa vuracaq.