"Bu gün ən önəmli məsələ ölkəmizin müdafiə xərcləridir" - Deputat
"Ermənistandakı revanşizm dalğası, çağırışları fonunda bizim üçün təhlükəsizliyin təmin edilməsi ön plana keçib".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
Deputat təhlükəsizlik baxımından müdafiə xərcləri ilə bağlı məsələnin daha önə çıxdığını bildirib:
"Büdcəmizə diqqətlə baxdıqda gəlir hissəsində dəyişiklərin olduğu görünür. 2023-cü il üzrə proqnozlarda 34 milyaddan artıq büdcə gəlirlərin olacağı gözlənilirdi. 2024-cü ilin büdcəsinin ilkin versiyasında 36 milyarddan çox gəlirin olması proqnozlaşdırılır. Bu gün ən önəmli məsələ isə ölkəmizin müdafiə xərcləridir. Ermənistandakı revanşizm dalğası fonunda bizim üçün təhlükəsizlik məsələsi ön plana keçib. 2024-da 6,4 milyard manatlıq müdafiə xərclərimiz 7,1 milyarda yükəsilib".
Humay İSGƏNDƏRLİ