Qüdrət Həsənquliyev Türkiyəli deputatın cavabını VERDİ

 12:19 31.05.2024     259

"Türkiyəli deputat Ömər Faruk Azərbaycanda türklərin hüquqlarının polis tərəfindən pozulduğunu idddia edir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

"Türkiyəli həmkarımız poliisin, dövlətin imicinə xələl gətirəcək şəkildə danışaraq ölkəyə qoyulacaq investisyanın qarşısını alır. Ömər Faruk maraqlansaydı, vəziyyətin daha yaxşı olduğunu görüb danışardı. Türkiyədə azərbaycanıların hüquqları pozulmurmu? Naxçıvandan Türkiyəyə bir tikə çörək dalınca gedənlər hər cür aldadılır. Xahiş edirəm bu məsələ ilə bağlı parlament Türkiyə parlamenti ilə əlaqə saxlasın, bu gün kimi hərəkətləti pisləsin", - deyə o qeyd edib.

Humay İSGƏNDƏRLİ