Milli Məclisin yaz sessiyası başa çatdı
Milli Məclisin 2024-cü il yaz sessiyası başa çatıb.
Redaktor.az xəbər verir ki, sessiyaya parlamentin bu gün keçirilən plenar iclasında yekun vurulub.
Spiker Sahibə Qafarova bildirib ki, yaz sessiyası dövründə 13 iclas keçirilib, 61 qanun qəbul edilib.
Sədrin sözlərinə görə, həmin müddətdə iki yeni qanun qəbul edilib, 50 qanuna dəyişiklik edilib, 9 beynəlxalq müqavilə təsdiqlənib.
Humay İSGƏNDƏRLİ