"Azərbaycanda müharibə riski var" - Deputat

 13:19 31.05.2024     241

"Ölkəmiz müharibəni bitirsə də, hələ də müharibə riski var. Ona görə də təhlükəsizlik məsələlərinə diqqət yetirmək lazımdır".

Redaktor.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, büdcədən təhlükəsizliklə bağlı ayrılan vəsaitlərin artırılması daha məqbul seçimdir.