Parlament iki qanun layihəsini qəbul etmədi

 13:20 31.05.2024     284

Milli Məclisin (MM) yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş iki qanun layihəsi qəbul edilməyib.

Redaktor.az xəbər verir ki, parlamentin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri MM-in plenar iclasında müzakirəyə çıxarılmayıb:

- “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

- “Ali təhsil haqqında” qanun layihəsi.

Qeyd edək ki, bu gün parlamentin yaz sessiyası başa çatıb.