“Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu

 14:38 06.06.2024     191

İyunun 4-də Bakı Enerji Həftəsi  işə başlayıb. İyunun 5-də tədbir çərçivəsində Bakı Enerji Forumu işə başlayıb.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında səsləndirdiyi “Bizim sözümüz imzamız qədər dəyərlidir” çağırışı özündə bütün məqamları ehtiva edir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub.

Cənab İlham Əliyev qeyd etdi ki, onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb.

Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı görülən işlər əlavə edilsə, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bu, sadəcə, başlanğıcdır.

Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir. Ölkə başçısı cənab İlham Əliyev xüsusilə Xəzərin enerji resurslarının tədarükünün şaxələndirilməsi məsələsində Azərbaycanın əldə edə bildiyi nəticələr kontekstində konfransın əhəmiyyətini vurğuladı. Bu gün Azərbaycanın qaz ixracının artdığını qeyd edən dövlətimizin başçısı bildirdi ki, ölkəmizin ixracı 24 milyard kubmetrdən artıq olacaq. Hər keçən gün dünyanın müxtəlif yerlərində insanların qaza tələbatı artır.Yeni qaz yataqları isə heç də hər gün kəşf olunmur. Həmçinin köhnə yataqlar, ehtiyatları hasil olunduqca gücdən düşür. Bax belə bir zamanda Azərbaycan qazı daha mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü 20 milyard kubmetrə çatdırmaq öhdəliyi Avropa ölkələri tərəfindən yüksək qiymətləndirilir

 Bakı Enerji Həftəsinin hər zaman yeni ideyalar, təmaslar, müqavilələr ilə nəticələnir. Son tədbirdə də mühüm nəticələr əldə ediləcək. Bu il Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir. Vaxtilə “Şahdəniz” layihəsi böyük enerji strategiyasının əsasını qoyduğu kimi, 4 iyun 2024-cü ildə əsası qoyulan layihələr də bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı olacaq. 

Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini