İlham Əliyev bu ölkədəki səfiri geri çağırdı - yeni təyinat

 15:58 06.06.2024     403

Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.