Spikerdən deputatlara irad: "Bir-birinizə qulaq asın"
“Bunlar çox ciddi qanun layihələridir, ciddi də münasibət tələb olunur”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova 2024-cü il dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəyişikliyin müzakirəsi zamanı deyib.
Spiker deputatlara irad tutub, onları qanun layihəsinin müzakirəsində diqqətli olmağa çağırıb.
“Müzakirələrdə iştirak etmək istəməyənlər artıq zaldan çıxıb. Xahiş edirəm, bir-birinizə qulaq asın”, - deyə S.Qafarova deputatlara çağırış edib.