Butan Kralı Bakıda keçiriləcək COP29-a dəvət edildi

 17:04 08.06.2024     298

Butan Kralı Ciqme Kxesar Namqyal Vanqçuk bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edilib.

Redaktor.az-ın məlumatına görə, bu barərə Krala etimadnaməsini verən səfir Elçin Hüseynli deyib.

O, Kralla söhbət zamanı 12-13 noyabr tarixlərində Bakıda keçiriləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Butan Kralına dəvət məktubunun ünvanlandığını diqqətə çatdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən